"Turan Tovuz"dan ayrılan Sertan Taşkının yeni komandası rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək.
Azərbaycan milli komandasının üzvü "Manisa"ya keçib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Sertan Taşkın 2023-cü ilin yayından "Turan Tovuz"da çıxış edirdi. O. qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.
Taşkın klubun mətbuat xidmətinə açıqlama verib. Azərbaycan milli komandasının üzvü xoşbəxt olduğunu bildirib:
"Manisa" Futbol Klubuna gəldiyim üçün çox xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacam".

