Türkiyə klubunun şöbə müdiri Azərbaycan millisinin transferi ilə bağlı danışdı

13 Yanvar 2024 00:30 Bizimkilər 854
Türkiyə klubunun şöbə müdiri Azərbaycan millisinin transferi ilə bağlı danışdı

“Sərtanın istedadına güvənirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Manisa”nın futbol şöbəsinin müdiri Ərdəm Özkan Azərbaycan millisinin üzvü Sərtan Taşkının transferi ilə bağlı danışarkən deyib.

Təqdimat mərasimində çıxış edən Ə.Özkan 26 yaşlı müdafiəçinin komandaya faydalı olacağına inandığını bildirib:

“Sərtan Taşkın Azərbaycan Premyer Liqasının diqqət çəkən futbolçularından biridir. O, Azərbaycan millisinin formasını geyinmiş oyunçudur.

Burada özünü inkişaf etdirərək, daha yaxşı yerlərə yüksələcək. Keçidin həm futbolçuya, həm də klubumuza xeyirli olmasını diləyirəm”.

"Turan Tovuz”dan transfer edilən Sərtan Taşkın TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. “Manisa” 17 turdan sonra 19 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda