Klub prezidenti millimizin hücumçusunu transfer etdiklərini AÇIQLADI

11 Yanvar 2024 19:20 Bizimkilər 1 216
Klub prezidenti millimizin hücumçusunu transfer etdiklərini AÇIQLADI

“Ramil Şeydayev sabah aramızda olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Radyospor”a açıqlamasında “Kocaelispor”un prezidenti Engin Koyun deyib.

TFF I Liqasında çıxış edən klubun rəhbəri Azərbaycan millisinin futbolçusunun Tailand təmsilçisi “Buriram Yunayted”lə bu gün vidalaşacağını açıqlayıb:

“Ramil Şeydayevlə anlaşdıq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.

“Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti