Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 16-cı turun təxirə salınmış oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda evdə autsayder "İstanbulspor"la qarşılaşıb.
Matçda meydan sahibləri 2:0 hesabda öndə olsa da, yekunda qələbəni əldən verib.
Görüş 2:2 hesabı ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.
"Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində 29 xalla (19 oyun) 5-ci, "İstanbulspor" isə 6 xalla (19 oyun) sonuncu-20-cidir.
"Adana Demirspor" - "İstanbulspor" 2:2
Qollar: Barasi, 29 (1:0), Qravillon, 78 (2:0), Vorobyovas, 80 (2:1), Duhaney, 85 (2:2)

