İran klubu azərbaycanlı baş məşqçini aldatdı, işindən ayrıldı

9 Yanvar 2024 15:00 Bizimkilər 1 845
İran klubu azərbaycanlı baş məşqçini aldatdı, işindən ayrıldı

Ötən ilin dekabrında İrana yollanan Nadir Qasımov geri qayıdıb.

Bir ay qabaq «Günəş»lə birillik müqavilə imzalayan baş məşqçi gözlənilmədən ayrılıq qərarı verib.

Buna səbəb Mazandıran təmsilçisinin vədini tutmamasıdır. Belə ki, o, ikinci liqada mübarizə aparacaq komandanı birinci liqaya daşımağın məsuliyyətini ööz üzərinə götürsə də, rəhbərlik büdcə artımı həyata keçirməyib.

Nəticədə Qasımov istədiyi futbolçuları transfer edə bilməyib. Odur ki, təcrübəli mütəxəssislə rəsmilər arasında fikir ayrılığı yaranıb.

Bundan sonra ona bəhanə gətiriblər ki, İran Futbol Federasiyası yerli pasportu olmayan şəxslərin ikinci liqada baş məşqçi kimi çalışmasına icazə vermir.

Yekunda Qasımov çıxış yolunu vətənə dönməkdə görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda