“Türkiyədə yaxşı oynasam, bəlkə milliyə də dəvət alaram”

7 Yanvar 2024 19:00 Bizimkilər 853
“Türkiyədə yaxşı oynasam, bəlkə milliyə də dəvət alaram”

“Uzun müddətdir əsas hədəflərimdən biri uzaq qaldığım milli formanı yenidən geyinməkdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Boluspor”la müqavilə imzalayan Vüsal İsgəndərli deyib.

“Eqnatiya”nı (Albaniya) Türkiyənin I Liqa təmsilçisinə dəyişən yarımmüdafiəçi tezliklə yığmanın qapılarının üzünə açılacağına ümid edir:

“Albaniyada yaxşı çıxış etsəm də, milliyə dəvət almadım. Türkiyənin birinci liqasından Bəxtiyar və Coşqun milli komandaya çağrılırdılar.

Düşünürəm ki, bundan sonra mənə də münasibət dəyişə bilər. Ən çox da bu yöndən bura gəlməyi çox istədim.

Albaniyada yaxşı çıxış edirdim, amma dəvət almırdım. Görünür, liqanı zəif görürdülər.

Düşündüm ki, Türkiyədə də yaxşı oynamağa davam etsəm, bəlkə milli komandaya da dəvət alaram”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda