Mahir bıçaq altına düşəcək - Problemi ciddidir, azı 3 ay olmayacaq

7 Yanvar 2024 11:30 Bizimkilər 1 114
Mahir bıçaq altına düşəcək - Problemi ciddidir, azı 3 ay olmayacaq

Azərbaycan millisinin və “Dinamo”nun hücumçusu Mahir Emreli ciddi zədə alıb.

Bu haqda yerli “sportklub.n1info.hr” məlumat yayıb.

26 yaşlı forvard Zaqreb təmsilçisinin heyətində Sloveniya “Roqaşka”sına qarşı keçirilən hərəsi 30 dəqiqədən ibarət 3 hissəli yoxlama görüşündə (1:0) sıradan çıxıb.

Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb.

Mütəxəssis forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət kollektivdən kənarda qalacağını söyləyib.

Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra veriləcək. Ancaq onun hətta mövsümü başa vurmaq ehtimalı da istisna edilmir.

Redaksiyamıza daxil olan son məlumata görə, Mahir yaxın günlərdə əməliyyat ediləcək.

Rəqiblə ikili mübarizə zamanı ciddi zədə alan forvardın minimum 3 ay yaşıl sahələrdən kənarda qalacağı dəqiqdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda