Şeydayev Türkiyə və Yunanıstanın hansı klubları ilə danışıqlar aparır?

6 Yanvar 2024 23:20 Bizimkilər 4 265
Şeydayev Türkiyə və Yunanıstanın hansı klubları ilə danışıqlar aparır?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin xidmətində maraqlı olan klublar var.

Sportinfo.az xəbər verir ki,apasport.az-a verilən məlumata görə, futbolçunun agenti Türkiyə və Yunanıstan klubları ilə danışıqlara başlayıb.

“Buriram Yunayted”də xoşbəxt olmayan millimizin üzvü də Türkiyə Superliqasına qayıtmağı çox istəyir.

Məsələ burasındadır ki, Şeydayevə qarşı münasibət Asiya Çempionlar Liqasının “Zeyianq”la görüşündə baş vermiş davadan sonra dəyişib.

Tailanddan ayrılmaq istəyən azərbaycanlı futbolçuya artıq təkliflər gəlib. Maraqlıdır ki, agentinin ilk danışıqları zamanı artıq onun xidmətində maraqlı olan klublar ortaya çıxıb.

“Antalyaspor” və “Sivasspor” Ramili heyətinə qatmağı planlaşdırır. Amma keçidin nə vaxt baş tutacağı dəqiq deyil.

Dəqiq olan azərbaycanlı futbolçunun tez bir zamanda Tailanddan ayrılmaq istəməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda