Şahruddinə “yessir” deyən legioner kimdir? - FOTO

6 Yanvar 2024 18:35 Bizimkilər 5 368
Şahruddinə “yessir” deyən legioner kimdir? - FOTO

Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan millisinin də şərəfini qoruyan “Adana Demirspor”lu 2024-cü ilin ilk postunda bu sözləri yazıb:

“Əldə etdiyiniz hər şey çox böyük olduğunuz üçün deyil, bütün bunları sizə verən Allahın böyüklüyünü dərk etmək üçündür”.

Şahruddinin paylaşımına müxtəlif səpkili rəylər yazılıb.

Biri “Adana Demirspor”da maaşların niyə verilmədiyini soruşub, digəri onu “Qarabağ”ın hazırkı qapıçısı Andrey Lunyovla müqayisə edib, bir başqası Super Liqada oynadığına görə onunla fəxr etdiyini bildirib.

Adama Diakabi isə...

Ötən ilin yanvarında “Qarabağ”a qoşulan, lakin geridə qalan 1 ildə Qurban Qurbanovun etimadını qazana bilməyən fransız vinger Məhəmmədəliyevə “yessir” yazıb.

Çox güman, bu, ötən il “Qarabağ”da komanda yoldaşı olmuş futbolçular arasındakı səmimiyyətin göstəricisidir. İşin maraqlı tərəfi lal-dinməz təsiri bağışlayan Diakabinin belə bir bacarığa sahib olmasıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda