İsveç klubu Musanı saxlayır, yoxsa.? - İdman direktoru AÇIQLADI

3 Yanvar 2024 18:10 Bizimkilər 2 915
İsveç klubu Musanı saxlayır, yoxsa.? - İdman direktoru AÇIQLADI

"O, 2024-cü ildə komandada qalacaq".

Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindəki taleyi ilə bağlı danışarkən deyib.

Funksioner 21 yaşlı hücumçunun komandadan getməyəcəyini bildirib:

"O, ötənmövsümkü çıxışından məyusdur. Həmçinin daha çox çalışmaq istədiyini göstərir, ondan nələrin tələb olunduğunu da anlayır".

Bosse Andersson Musa Qurbanlıya inamlarını itirmədiklərini söyləyib:

"Cəmi altı aydır ki, bizimlədir. Onunla uzun müddətli müqavilə imzalamışıq.

Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır.

Musa Qurbanlının klubu ilə müqaviləsi 2026-cı ilədək qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti