Cənubi Azərbaycan klubu yenidən cəzalandırıldı

2 Yanvar 2024 02:30 Bizimkilər 559
Cənubi Azərbaycan klubu yenidən cəzalandırıldı

İran Futbol Federasiyası Təbriz “Traktor”unu növbəti dəfə cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun media hesabında məlumat yayılıb.

Təbriz komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə Premyer Liqanın 13-cü həftəsində “Traktor” və Tehran “Peykan”ı arasında Təbrizdə keçiriləcək görüş tamaşaçısız baş tutub.

Bu, son 1 ay ərzində Təbriz komandasına qarşı ikinci cəza tədbiridir.

Noyabrın 25-də “Traktor” azarkeşləri Xuzistan “Fulad”ı ilə keçirilən görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti