Cənubi Azərbaycan təmsilçisi 3 xalı əldən verdi

9 Aprel 2024 08:40 Bizimkilər 762
Cənubi Azərbaycan təmsilçisi 3 xalı əldən verdi

İran çempionatında 22-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” öz meydanında “Aluminium Arak”ı qəbul edib.

İlk hissədə hesabda önə keçməsinə baxmayaraq, Təbriz klubu sonda qələbəni əldən verib.

Bu heç-heçədən sonra xallarının sayını 40-a çatdıran “Traktor” üçüncü pillədə qərarlaşıb. “İstiqlal” 47 xalla birinci, “Persepolis” isə 46 xalla ikinci pillədə qərarlaşıb.

"Traktor" - " Aluminium Arak" 1:1
Qollar:
Mehdi Hashemnejad, 36 (1:0), Mehran Mousavi, 83 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!