Sülhməramlıların maşınının atəşə tutulması ilə bağlı məlumat yaydı

21 Sentyabr 2023 03:00 Bizimkilər 569
Sülhməramlıların maşınının atəşə tutulması ilə bağlı məlumat yaydı

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

“Hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar. Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, - məlumatda qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu