
Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyondiyi "Hatayspor" səfərdə "Fatih Karagümrük"ün qonağı olub.
Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Renat Dadaşov bu oyunda yeni komandasının heyətində debüt edib. 24 yaşlı forvard 63-cü dəqiqədə meydana daxil olub.
5 turdan sonra 7 xal toplayan "Hatayspor" 20 komanda arasında turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.