Millimizin müdafiəçisi oynadı, liderlə heç-heçə etdilər

18 Sentyabr 2023 07:40 Bizimkilər 556
Millimizin müdafiəçisi oynadı, liderlə heç-heçə etdilər

Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə lider "Ulsan"ın qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi 71-ci dəqiqədə meydana daxil olub.

30 turdan sonra 38 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı