Mussa Qurbanlını İsveçdə şok edən anın VİDEOsu

18 Sentyabr 2023 03:40 Bizimkilər 1 743
Mussa Qurbanlını İsveçdə şok edən anın VİDEOsu

Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatının 23-cü turunda doğma meydanda "Varnamo"ya 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı forvard matçın 58-ci dəqiqəsində boş qapıya qol vura bilmədiyi epizod haqda danışıb.

Yerli mətbuata açıqlama verən hücumçu şokda olduğunu bildirib:

"Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam. Top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm.

Amma futbolda belə hallar olur. Mübarizəni davam etdirməliyəm. Bu oyunda qələbə qazanmalı idik.

İkinci hissəni çox yaxşı keçirdik, qol imkanları yaratdıq. Mənim də bir neçə şansım oldu".

Digər Xəbərlər
Xəbər Lenti