Bu da Diniyev üçün "Çorum" - VİDEO

17 Sentyabr 2023 23:40 Bizimkilər 831
Bu da Diniyev üçün "Çorum" - VİDEO

Türkiyə I Liqasında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" doğma meydanda "Çorum"u qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

5 turdan sonra aktivində 2 xal olan "Ümraniyespor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti