Musa Qurbanlı: “Şokdayam və hələ də başa düşə bilmirəm ki…"

17 Sentyabr 2023 15:40 Bizimkilər 1 955
Musa Qurbanlı: “Şokdayam və hələ də başa düşə bilmirəm ki…"

“Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam”.

Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXIII turunda “Varnamo” ilə keçirilən oyunun 58-ci dəqiqəsində boş qapını dəqiq nişan ala bilmədiyi epizodu dəyərləndirərkən deyib.

22 yaşlı hücumçu öz meydanlarında gerçəkləşən matçda 1:2 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib:

“Qol vura bilmədiyim epizodda top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm. Amma futbolda belə hallar olur.

Mübarizəni davam etdirməliyəm. Fikrimcə, bu qarşılaşmada qələbə qazanmalı idik.

İkinci hissəni çox yaxşı keçirdik, qol imkanları yaratdıq. Mənim də bir neçə şansım oldu. Matçı çevirə bilərdik, təəssüf ki, alınmadı”.

Forvard sentyabrın 24-də AİK-ə qarşı keçirəcəkləri növbəti tur matçına hazırlaşacaqlarını vurğulayıb:

“Bizim üçün çətin axşam oldu. Lakin bunu unudub, AİK-lə derbini gözləyəcəyik.

Çempionatda komandalar bir-birilərinə yaxındırlar. Mövsümün sonuna qədər mübarizəmizi davam etdirəcəyik”.

“Yurqorden” hazırda 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı