Tailand çempionatında 4-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Trat"ı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. O, komandasının 1-ci və 4-cü qollarının məhsuldar ötürməsini edib.
4 turdan sonra 10 xal toplayan "Buriram Yunayted" çempionatın lideridir.

