Türkiyə klubunun önəmli şəxsi azərbaycanlı hücumçu haqda nə söylədi?

15 Sentyabr 2023 13:20 Bizimkilər 1 220
Türkiyə klubunun önəmli şəxsi azərbaycanlı hücumçu haqda nə söylədi?

"Hatayspor"un fəxri prezidenti Lütfü Savaş komandanın yeni transferləri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata açıqlama verən klub rəhbəri "Qrasshopper" transfer etdikləri Renat Dadaşov haqda da fikirlərini bildirib.

O, azərbaycanlı hücumçunun gələcək vəd edən futbolçu olduğunu bildirib:

"Honduras milli komandasının üzvü Riqoberto Rivası aldıq. Bu oyunçu önümüzdəki matçlarda komandada öz yerini alacaq.

Azərbaycan milli komandasında çıxış edən Renat Dadaşovu transfer etdik. Yeni oyunçularımız ölkələrinin ya əsas, ya da U-21 yığmalarında çıxış edirlər.

Yəni gələcək üçün bizə ümid verən futbolçulardır. Bu dörd oyunçudan ən azı üçü Super Liqanın "Fatih Karagümrük"lə matçında meydanda olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı