Şahruddin Türkiyə klubunda ilk seçimini etdi

14 Sentyabr 2023 20:20 Bizimkilər 2 936
Şahruddin Türkiyə klubunda ilk seçimini etdi

“Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev yeni komandasında geyinəcəyi forma nömrəsini seçib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı yeni komandasında 71 nömrəli formanı geyinəcək.

Türkiyə klubu Şahruddini artıq Super Liqa oyunları üçün iştirak ərizəsinə daxil edib.

Məhəmmədəliyev sentyabrın 16-da, Super Liqanın 5-ci turunun “Pendikspor”la oyununda debüt edə bilər.

29 yaşlı qapıçı “Adana Dəmirspor”la iki illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı