“Ermənilər özləri də bu yalandan istifadə etməkdən utanc duyurlar” - Hikmət Hacıyev

13 Sentyabr 2023 19:30 Bizimkilər 561
“Ermənilər özləri də bu yalandan istifadə etməkdən utanc duyurlar” - Hikmət Hacıyev

“Konqresmen Bob Menendes ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə yalan məlumat və saxta fotolarla yalanlar danışır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda B.Menendesə cavab olaraq yazıb.

“Fotodakı şəxs xərçəngdən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim edildikdən sonra artıq bu çılpaq yalandan istifadə etməkdən utanc duyurlar”, - deyə H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, bu cür lobbiçilik, açıq-aşkar yalan, azərbaycanlılara və digərlərinə qarşı irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal nüfuzuna xələl gətirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı