“Beşiktaş” 1 ildən artıqdır düşərgəsində yer verdiyi Furqan Musayevin keçidini, nəhayət ki, rəsmiləşidirib.
İstanbul klubu “Qarabağ”ın yetirməsi olan 2010-cu il təvəllüdlü hücumçunun transfer hüqüquna tamamilə yiyələnib.
“Qara qartallar” azərbaycanlı istedadı artıq Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçirib.
Onun Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayevin oğlu olmasını qeyd edək.
“Beşiktaş”ın Furqandan gözləntiləri çoxdur. O, növbəti seçimləri qazanıb və 14 yaşlılardan ibarət komandaya cəlb olunub.
SPORTİNFO.AZ

