UEFA Fransaya göndərəcəyi nümayəndəni ölkəmizdə tapdı

12 Sentyabr 2023 02:50 Bizimkilər 771
UEFA Fransaya göndərəcəyi nümayəndəni ölkəmizdə tapdı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Fransaya yollanacaq.

Belə ki, Məhərrəmov UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 21-də Renn şəhərində keçiriləcək "Renn" (Fransa) – “Makkabi” (Hayfa, İsrail) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Digər Xəbərlər
Xəbər Lenti