COP29

"Qalatasaray"ın prezidentindən azərbaycanlı iş adamıyla bağlı ŞOK QƏRAR!

6 May 13:00 Bizimkilər 1 391
"Qalatasaray"ın prezidentindən azərbaycanlı iş adamıyla bağlı ŞOK QƏRAR!

Dursun Özbek "Qalatasaray"ın prezident seçkilərinə namizədliyini açıqlayıb.

İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək.

D.Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib.

İş adamı qarşıdakı 2 ildə islahatlar aparmaq niyyətindədir. Özbek çalışacağı işçi komandasının heyətinə "əl gəzdirib".

Otelçilik sahəsi üzrə fəaliyyəti üzrə ixtisaslaşmış biznesmen bir sıra şəxsləri İdarə Heyətinin yeni heyətindən kənarda saxlayıb. Onlardan biri də Emin İmanovdur.

Hazırkı prezident seçimi qazanarsa, azərbaycanlı funksioner burada yer almayacaq. Dursun Özbekin qərarı "Qalatasaray" camiəsində hər kəsi şok edib.

Bu, hamı üçün gözlənilməz olub. Çünki İmanov başqana ən yaxın yönəticilərdən sayılır və klubun işində fəal iştirak eləyib.

"Cim-Bom"un bu illərdə əldə etdiyi uğurlarda İmanovun payı böyükdür. O, ötən zaman kəsiyində komandaya böyük miqdarda vəsait xərcləyib.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq