SOCAR “Qalatasaray"a sponsorluq edəcək.
Belə ki, “sarı-qırmızılılar”ın avrokubok qarşılaşmalarında geyəcəkləri formanın üzərində SOCAR yazılacaq.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov bu sövdələşmənin Azərbaycana və “Cim-Bom”a nə kimi faydalar sağlayacağını diqqətə çatdırıb:
“Ümumiyyətlə, Azərbaycan şirkətlərindən digər ölkələrin futbol sektoruna sponsorluq edən təşkilatlar həmin komandalara uğurlu olub.
Məsələn, “Land of Fire” adı altında “Atletiko”yla (Madrid) sponsorluq anlaşmasından sonra yüksəlişə keçərək tarixi uğurlara imza atması bunun bariz nümunəsidir.
SOCAR-ın “Qalatasaray”a sponsorluq etməsi tam başqa məna kəsb edir. Bir millət olduğumuz, Azərbaycanda da daha çox azarkeş kütləsinə malik “Qalatasaray”a sponsorluq böyük dvidentlər qazandıracaq.
Avrokuboklardakı qarşılaşmalarda SOCAR brendinin forma üzərində əks olunması önəmli məqamlar sırasında yer alır.
Əsas məsələ Türkiyə təmsilçisinə edilən dəstəkdir. SOCAR 2016-cı il Avropa çempionatına da sponsorluq etmişdi.
Əsas məsələ edilən dəstəyin klubun inkişafına öz töhfəsini verməsidir. Bu baxımdan önəmli anlaşmadır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

