“Ermənistanın qarayaxma kampaniyası müharibə cinayətlərinə dəstəkdir”

31 İyul 2023 07:00 Bizimkilər 663
“Ermənistanın qarayaxma kampaniyası müharibə cinayətlərinə dəstəkdir”

"Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter hesabında yazıb.

O bildirib ki, Azərbaycanın müharibə cinayətkarına qarşı atdığı addımlar beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsaslanır:

"Ermənistanın iddialarının əksinə olaraq, beynəlxalq humanitar hüquqda qanuni hərəkətlərlə bağlı heç bir məhdudiyyət yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti