“Ona görə fikirləşirdim ki...”

31 İyul 2023 03:20 Bizimkilər 620
“Ona görə fikirləşirdim ki...”

"Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatının 2-ci turunda "İstra"nı 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı forvard bu görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan Mahir Emreli haqda danışıb. O, 26 yaşlı forvardın qələbəyə töhvə verdiyini bildirib:

"Start heyətdə çoxlu yeni oyunçularımız var idi. Ona görə də debütantlarla necə görünəcəyimizi fikirləşirdim.

Amma hər şey əla alındı. Oynayanların hamısı yaxşı idi. Xüsusən də yeni gələn oyunçulardan Takuro Kaneko və Maksim Bernauer.

Etiraf etmək lazımdır ki, uzun fasilədən sonra əsas heyətdə yer alan və xeyli müddət meydanda olan Mahir Emrelinin nəticəyə ciddi töhfəsi oldu. Biz həqiqətən bu görüşdə xeyli pozitiv məqam və keyfiyyət gördük”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı