Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında 2-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, səfərdə "İstra 1961" ilə qarşılaşan komanda 3:0 hesabı ilə qələbə qazanıb.
Emreli Zaqreb təmsilçisininuğurunda önəmli rol oynayıb.
Belə ki, o, öncə assist edib, 57-ci dəqiqədə isə komandasının ikinci qoluna imza atıb. Start heyətində meydana çıxan Mahir 88-ci dəqiqədə əvəzlənib.
Qarşılaşmanın videoicmalını təqdim edirik:

