Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” İsveç çempionatında 18-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Myelbyü” ilə qarşılaşıb. Görüş "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa görüşün 72-ci dəqiqəsində - komandası hesabda irəli olduğu zaman Joel Asoronun əvəzinə meydana daxil olub. Oyunda yeganə qolu da Joel Asoro vurub.
“Yurqorden” bu nəticədən sonra turnir cədvəlində 33 xalla (18 oyun) 4-cüdür. “Myelbyü” isə 22 xalla (17 oyun) 9-cu pillədə qərarlaşıb.

