Ramil Şeydayev yeni klubunda “at oynadır” - VİDEO

31 İyul 2023 00:40 Bizimkilər 14 091
Ramil Şeydayev yeni klubunda “at oynadır” - VİDEO

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" Tailandda növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda "Kxonkan Yunayted" ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Ramil Şeydayev də bu oyunun iştirakçısı olub. 90 dəqiqə meydanda olan 26 yaşlı hücumçu ilk qolun ötürməsini edib.

Şeydayev bir neçə gün əvvəl Honkonqdan "Kitçi" ilə sınaq matçında da (3:2) qol ötürməsi etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!