Musa Qurbanlı bu gün İsveçdə növbəti oyuna çıxacaqmı?

30 İyul 2023 15:40 Bizimkilər 1 060
Musa Qurbanlı bu gün İsveçdə növbəti oyuna çıxacaqmı?

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” İsveç çempionatında 18-ci tur oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Myelbyü” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Musa da bu oyun üçün “Yurqorden”in iştirak ərizəsində yer alıb.

“Yurqorden” hazırda turnir cədvəlində 30 xalla (17 oyun) 4-cüdür. “Myelbyü” isə 22 xalla (16 oyun) 8-ci pillədə qərarlaşır.

17:00. "Myelbyü" - "Yurqorden"

Baş hakim: Adam Leydbek

"Strandvallen" stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı