Mahirin əla performansı qarşısında xorvatlar elə sözlər yazdı ki...

30 İyul 2023 22:20 Bizimkilər 6 951
Mahirin əla performansı qarşısında xorvatlar elə sözlər yazdı ki...

Mahir Emreli "Dinamo" (Zaqreb) formasında növbəti matçına çıxıb.

Bu, Xorvatiya çempionatının 2-ci turunun "İstra" ilə səfər görüşünə təsadüf edib.

Start heyətdə meydana çıxan 24 yaşlı forvard özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb.

6-cı dəqiqədə ilk qolun asistin edən həmyerlimiz 57-ci dəqiqədə özü rəqib qapısın dəqiq nişan alıb.

Komandasının 3:0 qələbəsi ilə bitən matçdan sonra Emrelinin yüksək performansı fanatların da diqqətindən qaçmayıb.

Tərəfdarlar onun şəninə bir xeyli xoş sözlər yazıblar. Hətta baş məşqçi İqor Biscandan futbolçuya daha çox oynamaq şansı verilməsi tələb olunub.

"Dinamo" azarkeşlərinin klubun rəsmi hesablarına yazdıqları şərhlərdən seçmələri sizə təqdim edirik:

"Emrelinin çox gözəl çıxışına, oyuna çox gözəl yanaşmasına əhsən. Məşqçinin qərarına tam inanırıq".

"İndiyə qədər ən üniversal oyunçu, dribilinqə qədər hər şeyi var. Fürsət veriləndə qollar da vurur".

"Bu gün ən yaxşı olmasa da, ən yaxşılardan biriydi".

"Halal olsun, ustad. Belə davam et".

"Eşq olsun Mahir Emreliye".

"Böyük oyunçudur".

"İlk onbirlikdə oynaması lazımdır".

"Emreliye daha çox yer verin. Nə vaxt oynayırsa nəsə edir".

"Qiymətləndirilməyən oyunçu".

"Sadəcə səbrli ol".

"Növbəti oyunlarda daha çox dəqiqələr oynamalıdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı