Azərbaycan millisinin hücumçusu əvəzləndikdən sonra...

30 İyul 2023 02:20 Bizimkilər 1 420
Azərbaycan millisinin hücumçusu  əvəzləndikdən sonra...

İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geyindiyi “Qrasshopper” səfərdə “Lozanna” ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Renat da bu oyunun iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə Bredli Fink ilə əvəzlənib.

“Qrasshopper” hazırda 1 xalla 12 iştirakçı arasında 9-cudur.

“Lozanna” - “Qrasshopper” - 1:1

Qollar: İlli, 43 - Morandi, 76

Digər Xəbərlər
Xəbər Lenti