Mahir Emreli Xorvatiyada günün adamı oldu - VİDEO

30 İyul 2023 01:00 Bizimkilər 3 895
Mahir Emreli Xorvatiyada günün adamı oldu - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında 2-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "İstra 1961" ilə qarşılaşıb.

Oyun Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. M.Emreli sözügedən görüşdə start heyətdə meydana çıxıb.

O, matçda fərqlənməyi də bacarıb. 6-cı dəqiqədə Luka İvanuşeçin vurduğu qolun ötürməsini Emreli verib.

Həmçinin o, 57-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb. Hücumçu 88-ci dəqiqədə Bruno Petkoviç ilə əvəzlənib.

Mahirin komandası hazırda turnir cədvəlində 3 xalla 4-cüdür. Zaqreb təmsilçisi ilk turda "Hayduk"a 1:2 hesabı ilə uduzub.

"İstra 1961" - "Dinamo" (Zaqreb) - 0:3

Qollar: Luka İvanuşeç, 6 (ötürmə: Mahir Emreli), Mahir Emreli, 57, Robert Lyubiçiç, 69

Baş hakim: Duye Strukan

"Aldo Drosina" stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı