Köçkünlərin Laçına qayıdışı davam edir - FOTOLAR

29 İyul 2023 15:50 Bizimkilər 613
Köçkünlərin Laçına qayıdışı davam edir - FOTOLAR

Daha bir neçə ailə Laçına yola salınıb.

Daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçında 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

Foto: Vüqar Xanlarov




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı