"Təkliflərim az deyildi, sonda bu komandanı seçdim"

29 İyul 2023 04:00 Bizimkilər 1 078
"Təkliflərim az deyildi, sonda bu komandanı  seçdim"

"Polesye"yə keçidimə görə şadam. Təkliflərim az deyildi. Amma sonda bu komandadan yana seçim etdim. Bu addımı atdığıma görə sevinirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Emil Mustafayev deyib.

"Aleksandriya"nı tərk edərək "Polesye"yə keçən azərbaycanlı futbolçu yeni komandasındakı vəziyyətindən söhbət açıb.

Onun sözlərinə görə, Ukrayna klubunun əsas heyətində möhkəmlənə biləcək gücdədir:

"Hazırlıqlarımız yaxşı gedir. Çalışırıq ki, yeni sezona tam hazır olaq.

Necə olacağını zaman göstərəcək. Amma mən çalışıram ki, əsas heyətdə özümə yer edim. İnanıram ki, yeni komandamda stabil oynaya biləcəm".

Azərbaycanın U-21 yığmasının sabiq üzvü bu yay "Aleksandriya"dan ayrılaraq "Polesye" klubuna keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı