Cəlal Hüseynov "Arda"da qol vurdu, komandası qazandı

29 İyul 2023 03:00 Bizimkilər 1 195
Cəlal Hüseynov "Arda"da qol vurdu, komandası qazandı

Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Bolqarıstan klubu "Etar"la qarşılaşıb.

Matç Kırcalı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb. Azərbaycanlı futbolçu 21-ci dəqiqədə komandasının ilk qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti