“Yurqorden”in kapitanı Musanın arxasında dayandı: “O, öz qollarını vuracaq”

28 İyul 2023 20:20 Bizimkilər 1 045
“Yurqorden”in kapitanı Musanın arxasında dayandı: “O, öz qollarını vuracaq”

“Musa Qurbanlı cərimə meydanında fəaldır, burada öz qollarını vuracaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in (İsveç) futbolçusu Maqnus Erikson yerli mətbuata açıqlamasında komanda yoldaşı Musa Qurbanlı barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Lütsern”ə 1:2 hesabı ilə məğlub olduqları görüşdə azərbaycanlı hücumçunun qaçırdığı real qol imkanına münasibət bildirib.

Kapitan gənc forvarda güvəndiklərini söyləyib: “Musa bu oyunda çox yaxşı təsir bağışladı.

Düzdür, “Lütsern”lə qarşılaşmada qola ehtiyacımız var idi. Ancaq Musa komandaya uyğunlaşdıqca daha faydalı olacaq”.

Stokholmdakı görüşün ikinci hissəsində məhz Maqnus Eriksonun ideal ötürməsindən sonra Musa Qurbanlı yaxın məsafədən topu başla qapıya göndərə bilməyib.

Komandalar arasında Lütserndəki cavab matçı avqustun 3-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı