Musa Qurbanlı gizlətmədi: “Qol şansını qaçırdım, məyusam, təslim olmayacağıq”

28 İyul 2023 13:40 Bizimkilər 858
Musa Qurbanlı gizlətmədi: “Qol şansını qaçırdım, məyusam, təslim olmayacağıq”

“Lütsern”lə oyunda əlimə düşən qol şansını qaçırdığım üçün məyusam”.

Sportinfo.az-ın “fotbollskanalen.se”yə istinadən məlumatına görə, bunu “Yurqorden”in (İsveç) azərbaycanlı futbolçusu Musa Qurbanlı Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Lütsern”ə məğlub olduqları (1:2) oyunla bağlı danışarkən deyib.

Stokholmdakı qarşılaşmanın ikinci hissəsində əlverişli vəziyyəti qola çevirə bilməyən 21 yaşlı hücumçu bunu sığortalayacağına inanır:

“Adətən, belə imkanlardan daha yaxşı yararlanıram. Növbəti şansı əldə etməyə çalışacam”.

21 yaşlı forvard nəticənin onları qane etmədiyini söyləyib:

“Nəticə yaxşı olmadı. Bu, məyusedicidir. Amma təslim olmayacağıq. Cavab görüşündə vəziyyəti dəyişməyə çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı