Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq vingeri Barış Ekincier özünə yeni klub tapıb.
Milliləşdirilmiş legioner bundan sonra karyerasını Türkiyədə davam etdirəcək.
Vaxtilə U-17, U-19 və U-21-də oynamış yarımmüdafiəçi "Şanlıurfa" ilə müqavilə bağlayıb.
Barışın aşağı dəstə təmsilçisi ilə anlaşma müddəti 1 ildir.
O, son olaraq Almaniyada "Valdhof Manhaym"ın formasını geyinib. “Essen”in yetirməsi olan 24 yaşlı Ekincier əvvəllər “Bohum” və “Austria Klaqenfurt”un da şərəfini qoruyub.
SPORTİNFO.AZ

