Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i Konfrans Liqasına məğlubiyyətlə başlayıb.
Sportinfo.az xəbər verir ki, Stokholmdə İsveçrə "Lütsern"i ilə qarşılaşan komanda rəqibinə 1:2 hesabı ilə uduzub.
Oyuna start heyətində başlayan Qurbanlı 63-cü dəqiqədə Yoel Asoro ilə əvəzlənib. 21 yaşlı forvard meydanda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək.

