Mahir 10 dəqiqə oynadı, "Dinamo" Zaqrebdə "Astana"nı "topa tutdu" - VİDEO

26 İyul 2023 00:30 Bizimkilər 1 656
Mahir 10 dəqiqə oynadı, "Dinamo" Zaqrebdə "Astana"nı "topa tutdu" - VİDEO

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Astana"nı qəbul edib.

Qarşılaşma Zaqreb təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 80-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub.

Komandalar arasında cavab görüşü 2 avqust tarixində Qazaxıstanda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı