Mahirin komandası ÇL-də mümkün rəqibini tanıdı

25 İyul 2023 03:20 Bizimkilər 851
Mahirin komandası ÇL-də mümkün rəqibini tanıdı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo"nun (Zaqreb) da potensial rəqibi bəlli olub.

Zaqreb təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Astana” (Qazaxıstan) üzərində qələbə qazanacağı təqdirdə 3-cü turda AEK-lə (Yunanıstan) qarşılaşacaq.

Məğlub olacağı təqdirdə isə "Dinamo" Avropa Liqasının 3-cü təsnifat mərhələsində Avropa yolunu davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti