“Qəbələ” və “Sabah”ın potensial rəqibləri – Konfrans püşkü

24 İyul 2023 16:30 Bizimkilər 940
“Qəbələ” və “Sabah”ın potensial rəqibləri – Konfrans püşkü

Azərbaycan klublarının Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, "Sabah" II raundda Latviyadan RFŞ-i keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

"Neftçi" II təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Nəhayət, "Qəbələ" Kipr "Omoniya"sını məğlub etsə, III raundda "Midtullan" (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. "Sabah" və "Qəbələ" ilk matçlarını evdə, "Neftçi" isə səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı