“Qəbələ” Kiyev “Dinamo”su ilə düşə bilər, bəs “Sabah“?

24 İyul 2023 13:40 Bizimkilər 1 301
“Qəbələ” Kiyev “Dinamo”su ilə düşə bilər, bəs “Sabah“?

Azərbaycan klublarının Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, püşkatma öncəsi “Sabah”, “Neftçi” və “Qəbələ”nin mümkün rəqibləri 4-ə enib.

“Sabah” II raund səddini keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.

“Neftçi”nin III raunddakı potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütləri və “Alkmaar”dır (Niderland).

“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Bu mərhələnin oyunları 10-17 avqust tarixlərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı