Musanın İsveçdə debütü haqda KİÇİK QEYD - O, nə vəd edir?

24 İyul 2023 23:00 Bizimkilər 1 222
Musanın İsveçdə debütü haqda KİÇİK QEYD - O, nə vəd edir?

"Yurqorden" İsveç çempionatının 17-ci turunu darmadağınla başa vurdu.

Doğma meydanda lider "Elfsborq"u qəbul edən Tomas Lagerlöfün yetirmələri şok məğlubiyyətlə barışmalı oldu - 0:4.

Azərbaycanlı futbolsevərlər də İsveç klubunun acı məğlubiyyətinə üzülənlər arasında idi.

Bu da səbəbsiz deyil. Çünki qarşılaşma bir neçə gün əvvəl "Qarabağ"ı "Yurqorden"ə dəyişən Musa Qurbanlı üçün debüt matçı kimi tarixə düşdü.

Könül istərdi ki, millimizin forvardı ilk oyundaca vurduğu qola və komandasının qələbəsinə sevinsin.

Təəssüf ki, olmadı.

Amma sevinməli məqamlar da yox deyil.

Belə ki, 58-ci dəqiqədə meydana çıxan Qurbanlı komandasını məğlubiyyətdən xilas etməsə də (Musa meydana çıxanda yoldaşları 0:3 geridə idi) özünü yaxşı tərəfdən göstərməyi bacardı.

Bir epizodda öz cərimə meydançasından topu götürüb mərkəzə qədərə irəliləyən "22 nömrə"nin daha uzun reyd etmək cəhdinin qarşısı yalnız qayda pozuntusu ilə alındı.

Daha iki epizodda meydanın dərinliklərinə qədər qayıdan həmyerlimiz komandasına top qazandırmaqla yadda qaldı.

30 dəqiqə ərzində demək olar bütün epizodlarda aktiv iştirakçı təsiri bağışlamağı bacardı.

Hərəkətli, istəkli, döyüşkən futbolçu sonda qol vurmağa belə yaxın oldu.

Matça əlavə olunmuş 4 dəqiqənin sonunda ara ötürməsinə yetişən 21 yaşlı forvard sol ayaqla əla zərbə vurdu.

Öncə qapıçı müdaxilə edərək zərbənin sürətin azaltdısa, davamında müdafiəçi boş qapıya gedən topun qarşısın çətinliklə kəsdi.

Əslində zamanında çox yaxşı zonaya açılan, özünə boş dəhliz yaradan hücumçuya komanda yoldaşı vaxtında ötürmə etsəydi daha rahat mövqedən topu qapıdan keçirmək olardı.

Bir sözlə, debüt matçına, biabırçı hesaba rəğmən Musa Qurbanlının meydandakı sərbəstliyi, döyüşçü ruhu, hərəkətliliyi, əsl forvard açılmaları, yoldaşları ilə komnukasiyası müsbət yöndən diqqət çəkdi.

Belə start uğurlu gələcəkdən xəbər verdiyini iddia etmək olar. Deməli, böyük ümidlə növbəti matçları gözləməyə dəyər.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı