Azərbaycanlı hücumçu: "Orada qalsaydım, daha çox pul qazana bilərdim"

24 İyul 2023 09:00 Bizimkilər 1 195
Azərbaycanlı hücumçu: "Orada qalsaydım, daha çox pul qazana bilərdim"

Azərbaycan millisinin sabiq hücumçu Rüfət Dadaşov "Dinamo"ya (Berlin) keçidi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, "Berliner Kurier"a danışan forvard yeni mövsümdən gözləntilərini bölüşüb:

"Mən burada cəmi bir il oynamışam, o da 2017/2018 mövsümündə. Amma bu, evə qayıtdığımı düşünmək üçün kifayətdir.

Burada çox insan tanıyıram. Xoş hissdir. Həyat yoldaşım Berlindəndir. Onunla bu şəhərdə tanış olmuşuq.

Berlinə qayıdacağımızı həmişə bilirdik. Şəhərin başqa heç bir klubuna getməzdim".

Rüfət maliyyə məsələsinin o qədər də önəmli olmadığını qeyd edib:

"Şalke"də daha çox qazana bilərdim. Ancaq bir nöqtədə, artıq bu, əhəmiyyət kəsb etmir. Yeni çağırış istədim. Düşünürəm ki, doğru yerdəyəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı