“İxtiyarım çatmır zəng edim” - Oğlu Türkiyə klubuna keçən azərbaycanlı məşqçi

24 İyul 2023 08:30 Bizimkilər 1 779
“İxtiyarım çatmır zəng edim” - Oğlu Türkiyə klubuna keçən azərbaycanlı məşqçi

"Səbail”in futbolçusu Coşqun Diniyev Türkiyə klubu "Ürmaniyəspor”la müqavilə bağladı.

Artıq Türkiyədə olan Diniyev komanda ilə birlikdə hazırlıqlara başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qaynarinfo-ya atası Şahin Diniyev məlumat verib. Mütəxəssis oğlunun qardaş ölkədəki durumu haqda fikirlərini bölüşüb:

"Coşqun "Ürmaniyəspor”dadır. Ayın 2-dən Türkiyədədir. Hazırda məşqləri davam edir, daim əlaqə saxlayırıq. Komanda iki gündür məşqlərə başlayıb”.

Yeni məşqçisinin Coşqun haqqında nə düşündüyü haqda sualı Diniyev belə cavablandırıb:

"Xeyr, əlaqə saxlamamışam. Meneceri deyiləm ki. Ümumiyyətlə, ixtiyarım çatmır onun məşqçisinə zəng edib nəsə soruşam”.

"Demişdim ki, Coşqunun təklifləri var, gözləyir. Həmin vaxt Coşqun millinin düşərgəsində idi. "Səbail” olaraq Coşqunu istədiyimizi deyirdim.

Amma xaricdən olan təklifləri haqda düşünürdü. Danışıqlar gedirdi, alınamaya biləcəyini də düşünürdü.

Bu üzdən müqaviləsinə belə bənd saldıq ki, xaricdən təklif gələrsə, klub futbolçunu buraxacaq.

Bundan sonra "Səbail”lə müqavilə bağladı. Müqavilə alınmaya da bilərdi. Alındı və təklif gəldi.

Əslində, iki təklifi vardı və ən yaxşısını seçdik. Orada futbolçunu elə-belə götürmürlər ki. Oyununu izləmişdilər. Bundan sonra dəvət etdilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı