"Qarşıdakı turlarda daha güclü Musa görəcəyik" - İsveçdən dedilər

24 İyul 2023 01:20 Bizimkilər 1 050
"Qarşıdakı turlarda daha güclü Musa görəcəyik" - İsveçdən dedilər

Azərbaycan milli komandasının forvardı Musa Qurbanlı dünən "Yurqorden"in heyətində debüt edib.

O, 17-ci turun “Elfsborq”la (0:4) görüşünün 58-ci dəqiqəsində meydana daxil olub.

Azərbaycanda oynamış azsaylı isveçli futbolçulardan olmuş, hazırda futbol agenti kimi fəaliyyət göstərən Sebastyan Kastro-Tello Musanın debütü barədə sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, futbol agenti azərbaycanlı futbolçu haqda pozitiv düşüncədə olduğunu deyib:

"Musa və "Yurqorden" üçün çox çətin oldu. Onlar hazırda çempionatın ən yaxşı komandası olan "Elfsborq"la qarşılaşdılar və 0:4 uduzdular.

Bu cür matçda "Yurqorden"in ifasında nəsə yaxşı bir şey görmək çətin idi. Musa meydana sonradan daxil oldu. "Yurqorden" uduzsa da, Musa özünü yaxşı tərəfdən göstərə bildi.

Bir neçə matçdan sonra daha yaxşı olacaq. Qarşıdakı turlarda daha güclü Musa görəcəyik, o, qollarını da sıralaya bilər".

Kastro-Tello vaxtı ilə “Hammarbü”, “Rəvan”, “Deqerfors” klularında və İsveçin U-19, U-21 yığmalarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı